"Betis" və "Portu" evdə uduzdu - Avroliqada 1/8 finala start verildi

10 Mart 2022 00:00 Avropa Liqası 1 116
"Betis" və "Portu" evdə uduzdu - Avroliqada 1/8 finala start verildi

Avropa Liqasında 1/8 final mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.

Portuqaliya "Portu"su eyniadlı şəhərdəki "Draqau" stadionunda Fransa "Lion"unu, İspaniya "Betis"i isə Sevilyadakı "Benito Vilyamarin" arenasında Almaniya "Ayntraxt"ını qəbul edib. Hər iki qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb.

Ümumilikdə bu mərhələdə 8 oyundan 7-si baş tutacaq. Moskva "Spartak"ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniya "Leyptsiq"i 1/4 finala birbaşa vəsiqə qazanıb.

9 mart

"Betis" (İspaniya) - "Ayntraxt" (Almaniya) - 1:2

Qollar: Nabil Fekir, 30 - Filip Kostiç, 14. Daiti Kamada, 32

"Portu" (Portuqaliya) - "Lion" (Fransa) - 0:1

Qol: Lukas Paketa, 59

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA