"Gələcəkdə yollarımız yenidən kəsişəcək, amma daha dinc şəraitdə”

4 Mart 2022 10:20 Avropa Liqası 2 950
"Gələcəkdə yollarımız yenidən kəsişəcək, amma daha dinc şəraitdə”

Avropa Liqasından uzaqlaşdırılan “Spartak” “Leypziq”in baş məşqçisinə uğurlar arzulayıb.

Sportinfo.az xəbər verir ki, Moskva klubu turnirdən uzaqlaşdırılsa da, rəsmi tvitter səhifəsində Almaniya klubunun çalışdırıcısı Domeniko Tedesko haqda bunları yazıb:

“Sabiq baş məşqçimiz Domeniko Tedeskoya Avropa Liqasında uğurlar arzulayırıq. Ümid edirik ki, gələcəkdə yollarımız yenidən kəsişəcək. Amma daha dinc şəraitdə”.

"Spartak” Avropa Liqasının 1/8 final mərhələsində “Leypziq”lə qarşılaşmalı idi. Amma Rusiyanın Ukraynaya qarşı təcavüzünə görə UEFA bu ölkənin bütün komandalarını turnirlərdən uzaqlaşdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu