“Qalatasaray” püşkdə "Barselona" ilə düşdü - Avroliqa

25 Fevral 2022 15:22 Avropa Liqası 1 012
“Qalatasaray” püşkdə "Barselona" ilə düşdü - Avroliqa

Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Türkiyə "Qalatasaray"ının da rəqibi müəyyənləşib.

İstanbul təmsilçisi bu raundda "Barselona" ilə qarşılaşacaq. "Sarı-qırmızılar" cavab görüşünü evdə keçirəcək.

İlk matçlar martın 10-da, cavab görüşləri martın 17-də olacaq.

1/8 final mərhələsi

"Reyncers" (Şotlandiya) - "Srvena Zvezda" (Serbiya)

"Braqa" (Portuqaliya) - "Monako" (Fransa)

"Portu" (Portuqaliya) - "Lion" (Fransa)

"Atalanta" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya)

"Sevilya" (İspaniya) - "Vest Hem" (İngiltərə)

"Barselona" (İspaniya) - "Qalatasaray" (Türkiyə)

"Leyptsiq" (Almaniya) - "Spartak" (Moskva, Rusiya)

"Betis" (İspaniya) - "Ayntraxt" (Frankfurt, Almaniya)

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!