Avropa Liqasında gecənin gözlənilən və gözləniliməz NƏTİCƏLƏRİ

18 Fevral 2022 02:05 Avropa Liqası 1 452
Avropa Liqasında gecənin gözlənilən və gözləniliməz NƏTİCƏLƏRİ

Avropa Liqasının pley-off mərhələsində ilk oyunlara yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) İspaniyada "Sevilya"nın qonağı olub.

Zaqreb təmsilçisi 1:3 hesabı ilə uduzub. Emreli görüşün 57-ci dəqiqəsində Deni Yuriçin əvəzinə meydana daxil olub.

"Atalanta" İtaliyada Yunanıstan "Olimpiakos"unu qəbul edib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Portu" Portuqaliyada "Latsio"nu eyni hesabla yenib.

Real Sosyedad" Almaniyada "Leyptsiq"lə bərabərə qalıb - 2:2.

"Barselona" İspaniyada "Napoli"ni qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Qonaqların heyətində 29-cu dəqiqədə Pyotr Zelinski hesabı açıb.

Kataloniya təmsilçisində Ferran Torres 59-cu dəqiqədə penaltidən bərabərlik qolunu vurub.

Günün gözlənilməz nəticəsi Almaniyada qeydə alınıb. Şotlandiya "Reyncers"i Dortmund "Borussiya"sını 4:2 hesabı ilə yenib.

"Zenit" Rusiyada "Betis"ə 2:3, Portuqaliya "Braqa"sı Moldovada "Şerif"ə 0:2 hesabı ilə uduzub.

21:45. "Barselona" (İspaniya) - "Napoli" (İtaliya) - 1:1

Qollar: Torres, 59, pen – Zielinski, 29

21:45. "Zenit" (Rusiya) - "Betis" (İspaniya) - 2:3

Qolar: Dzyuba, 25, Malkom, 28 – Rodriqes, 8, Uillian Joze, 18, Quadrado, 41

21:45. "Şerif" (Moldova) - "Braqa" (Portuqaliya) - 2:0

Qollar: Till, 43, Traore, 83

21:45. "Borussiya" (Dortmund, Almaniya) - "Reyncers" (Şotlandiya) - 2:4

Qollar: Bellinqem, 51, Qerreyro, 82 – Tavernyer – 38 pen., Morelos, 41, Lundastram, 49, Zaqadou, 54 (avtoqol)

00:00. "Sevilya" (İspaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 3:1

Qollar: İvan Rakitiç, 13 pen. (1:0), Mislav Orsiç, 41, (1:1), Lukas Okampos, 44 (2:1), Martial, 45+1 (3:1)

00:00. "Atalanta" (İtaliya) - "Olimpiakos" (Yunanıstan) - 2:1

Qollar: Dyimsiti, 61, 63 - Suares, 16

00:00. "Leyptsiq" (Almaniya) - "Real Sosyedad" (İspaniya) - 2:2

Qollar: Nkunku, 31, Forsberq, 82, pen. - Le Normand, 9, Oyarzabal, 64 pen.

00:00. "Portu" (Portuqaliya) - "Latsio" (İtaliya) - 2:1

Qollar: Martines, 37, 49 – Zakkaqni, 23

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"