Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinə start veriləcək.
Sportinfo.az xəbər verir ki, ilk oyunların hamısı eyni gündə gerçəkləşəcək.
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) İspaniyada "Sevilya"nın qonağı olacaq.
"Dinamo"ya qış fasiləsində keçən Emreli də Sevilyaya aparılıb və onun yeni komandada debütünün məhz bu matça təsadüf edəcəyi gözlənilir.
Günün maraqla gözlənilən qarşılaşması İspaniyada gerçəkləşəcək. "Barselona" İtaliya "Napoli"sinin müqavimətini qırmağa çalışacaq.
Cavab qarşılaşmaları bir həftə sonra olacaq.
17 fevral
21:55. "Barselona" (İspaniya) - "Napoli" (İtaliya)
21:55. "Zenit" (Rusiya) - "Betis" (İspaniya)
21:55. "Şerif" (Moldova) - "Braqa" (Portuqaliya)
21:55. "Borussiya" (Dortmund, Almaniya) - "Reyncers" (Şotlandiya)
00:00. "Sevilya" (İspaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya)
00:00. "Atalanta" (İtaliya) - "Olimpiakos" (Yunanıstan)
00:00. "Leyptsiq" (Almaniya) - "Real Sosyedad" (İspaniya)
00:00. "Portu" (Portuqaliya) - "Latsio" (İtaliya)

