Onu “Neftçi”dən geri aldı, Avroliqa üçün sifariş etmədi

9 Fevral 2022 02:20 Avropa Liqası 1 141
Onu “Neftçi”dən geri aldı, Avroliqa üçün sifariş etmədi

"Olimpiakos" Avropa Liqasının pley-off mərhələsi üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Sportinfo.az xəbər verir ki, "Atalanta" ilə oyunlara sifariş edilənlər arasında Pirey təmsilçisinin bu qış "Neftçi"dən qaytardığı Mamadu Kane yer almayıb.

Siyahıya 3 yeni futoblçunun adı daxil edilib ki, onların arasında qvineyalı yarımmüdaifəçi yoxdu.

"Olimpiakos" Kaneni keçən ilin yayında "Neftçi"dən 680 min avro qarşılığında transfer edib. Həmin zaman oyunçu "ağ-qaralar"a icarəyə verilmişdi.

Bu qış futbolçusunu qaytaran "Olimpiakos"un onu təcrübə qazanması üçün Yunanıstan təmsilçilərindən birinə göndərəcəyi istisna edilmir.

Digər Xəbərlər
Xəbər Lenti