Avroliqada həftənin ən yaxşı oyunçusu bilindi - “Napoli”nin Elması

11 Dekabr 2021 00:20 Avropa Liqası 1 927
Avroliqada həftənin ən yaxşı oyunçusu bilindi - “Napoli”nin Elması

Avropa Liqasında qrup mərhələsinin 6-cı turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu ada “Napoli”nin yarımmüdafiəçisi Elif Elmas layiq görülüb.

O, İngiltərənin “Lester Siti” komandasına qarşı keçirdikləri oyunda (3:2) dubla imza atıb.

Avroliqada həftənin ən yaxşı oyunçusu adına “Dinamo”dan (Zaqreb, Xorvatiya) Mislav Orşiç, “Real Sosyedad”dan (İspaniya) Mikel Oyarzabal və Moskva “Spartak”ından (Rusiya) Aleksandr Selikov da namizəd idi.

Digər Xəbərlər
Xəbər Lenti