Azərbaycanlı hücumçu İngiltərədə - Mahir "Lester"in qonağı olacaq

25 Noyabr 2021 18:20 Avropa Liqası 1 124
Azərbaycanlı hücumçu İngiltərədə - Mahir

Bu gün Avropa Liqasının qrup mərhələsində V tura yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə 15 qarşılaşma keçiriləcək.

C qrupunda Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı İngiltərədə "Lester"in qonağı olacaq.

Bu qrupun ötən gün baş tutmuş digər matçında İtaliya "Napoli"si Rusiyada Moskva "Spartak"ına uduzub.

Türkiyə klublarından "Qalatasaray" Fransa "Marsel"ini qəbul edəcək. E qrupunun digər görüşündə "Latsio" Rusiyada Moskva "Lokomotiv"inin qonağı olacaq.

İstanbul təmsilçisi qələbə qazansa və ya hər iki matç heç-heçə başa çatsa, "sarı-qırmızılar" mərhələ adlayacaq.

"Fənərbağça" Yunanıstanda "Olimpiakos"la üz-üzə gələcək. "Ayntraxt" (Frankfurt) bu qrupda Belçika "Antverpen"ini sınağa çəkəcək.

Frankfurtlular növbəti raundu vaxtından əvvəl rəsmiləşdirib, lakin qrup liderliyi üçün mübarizə aparacaqlar.

"Fənərbağça" isə şanslarını davam etdirmək üçün ən azı rəqibinə uduzmamalıdır. Pirey təmsilçisi isə mərhələ üçün qələbə qazanmağa çalışacaq.

Bundan əlavə, "Sparta" (Praqa, Çexiya), "Reyncers" (Şotlandiya), "Monako" (Fransa), "Real Sosyedad" (İspaniya), "Srvena Zvezda" (Belqrad, Serbiya), "Bayer" (Leverkuzen, Almaniya), "Betis" (İspaniya) və "Dinamo" (Zaqreb, Xorvatiya) klublarının da ən azı ikinci pilləni rəsmiləşdirmək imkanı var.

Daha əvvəl Fransadan "Lion" və İngiltərədən "Vest Hem" növbəti mərhələyə yüksəlib.

25 noyabr

A qrupu

00:00. "Bröndbü" (Danimarka) - "Lion" (Fransa)

00:00. "Reyncers" (Şotlandiya) - "Sparta" (Praqa, Çexiya)

Xal durumu: "Lion" - 12, "Sparta" - 4, "Reyncers" - 4, "Bröndbü" - 2

B qrupu

00:00. PSV (Eyndhoven, Niderland) - "Şturm" (Qrats, Avstriya)

00:00. "Monako" (Fransa) - "Real Sosyedad" (İspaniya)

Xal durumu: "Monako" - 8, "Real Sosyedad" - 6, PSV - 5, "Şturm" - 1.

C qrupu

"Spartak" (Moskva, Rusiya) - "Napoli" (İtaliya) - 2:1

00:00. "Lester" (İngiltərə) - "Legiya" (Polşa)

Xal durumu: "Spartak" - 7 (5 oyuna), "Napoli" - 7 (5), "Legiya" - 6, "Lester" - 5.

D qrupu

00:00. "Olimpiakos" (Yunanıstan) - "Fənərbağça" (Türkiyə)

00:00. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Antverpen" (Belçika)

Xal durumu: "Ayntraxt" - 10, "Olimpiakos" - 6, "Fənərbağça" - 5, "Antverpen" - 1

E qrupu

21:45. "Lokomotiv" (Moskva, Rusiya) - "Latsio" (İtaliya)

21:45. "Qalatasaray" (Türkiyə) - "Marsel" (Fransa)

Xal durumu: "Qalatasaray" - 8, "Latsio" - 5, "Marsel" - 4, "Lokomotiv" - 2.

F qrupu

21:45. "Srvena Zvezda" (Belqrad, Serbiya) - "Lüdoqorets" (Razqrad, Bolqarıstan)

21:45. "Midtüllan" (Danimarka) - "Braqa" (Portuqaliya)

Xal durumu: "Braqa" - 9, "Srvena Zvezda" - 7, "Midtüllan" - 5, "Lüdoqorets" - 1.

G qrupu

21:45. "Betis" (İspaniya) - "Ferentsvaroş" (Macarıstan)

21:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Seltik" (Şotlandiya)

Xal durumu: "Bayer" - 10, "Betis" - 7, "Seltik" - 6, "Ferentsvaroş" - 0

H qrupu

21:45. "Rapid" (Vyana, Avstriya) - "Vest Hem" (İngiltərə)

21:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Genk" (Belçika)

Xal durumu: "Vest Hem" - 10, "Dinamo" - 6, "Genk" - 4, "Rapid" - 3

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"