Mahir Emrelini sifariş etdilər

10 Sentyabr 2021 11:20 Avropa Liqası 1 226
Mahir Emrelini sifariş etdilər

Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq "Legiya" iştirak ərizəsini UEFA-ya təqdim edib.

Sportinfo.az xəbər verir ki, Varşava təmsilçisi qrup oyunları üçün 25 futbolçu sifariş verib.

Onların arasında Azərbaycan millisinin hücumçusu Mahir Emreli də var. Oyunçulardan 2-si qapıçı, 9-u müdafiəçi, 9-u yarımmüdafiəçi, 5-i isə hücumçudur.

"Legiya" İtaliyanın "Napoli", İngiltərənin "Lester Siti" və Rusiyanın "Spartak" (Moskva) klubları ilə birlikdə C qrupunda mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?