“Neftçi“nin bacarmadığını “Fənərbaxça” etdi – AL NƏTİCƏLƏRİ

20 Avqust 2021 01:10 Avropa Liqası 1 057
“Neftçi“nin bacarmadığını “Fənərbaxça” etdi – AL NƏTİCƏLƏRİ

Bu gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, 3-cü mərhələdə “Neftçi”ni mübarizədən kənarlaşdıran Finlandiyanın HJK komandası bu mərhələdə “Fənərbaxça” ilə qarşılaşıb və minimal hesabla uduzub.

Türkiyənin digər təmsilçilərindən “Qalatasaray”ın rəqibi isə Danimarka “Randers”i olub. Bu oyunda qalib müəyyənləşməyib.

Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Legiya” pley-offda Çexiyanın “Slaviya” komandası ilə üz-üzə gəlib. Dörd qolun vurulduğu bu görüş də heç-heçə bitib.

Avropa Liqası, pley-off mərhələsi, ilk oyunlar

Srvena Zvezda (Serbiya) – ÇFR (Rumıniya) 4:0

Seltik (Şotlandiya) – Alkmaar (Niderland) 2:0

Slaviya (Praqa, Çexiya) – Legiya (Polşa) 2:2

Omoniya (Kipr) – Antverpen (Belçika) 4:2

Randers (Danimarka) – Qalatasaray (Türkiyə) 1:1

Mura (Sloveniya) – Şturm (Avstriya) 1:3

Fənərbaxça (Türkiyə) – HJK (Finlandiya) 1:0

Olimpiakos (Yunanıstan) – Slovan (Slovakiya) 3:0

Reyncers (Şotlandiya) – Alaşkert (Ermənistan) 1:0

Rapid (Avstriya) – Zarya (Ukrayna) 3:0

Digər Xəbərlər
Xəbər Lenti