Serbiya klubu AL-ın pley-offuna darmadağınla başladı - VİDEO

18 Avqust 2021 01:24 Avropa Liqası 1 416
Serbiya klubu AL-ın pley-offuna darmadağınla başladı - VİDEO

vropa Liqasında pley-off mərhələsi start götürüb.

ilk oyun günündə 1 qarşılaşma keçirilib.

Serbiyada Rumıniyanın ÇFR klubu ilə qarşılaşan "Srvena Zvezda" rəqibin qapısından 4 cavabsız top keçirib.

Qolları 5-ci dəqiqədə Milan Pavkov, 38-ci dəqiqədə Aleksandar Katai, 68-ci dəqiqədə Əl-Fərdu ben Nabuan, və 77-ci dəqiqədə Mirko İvaniç vurublar.

Beləliklə, ilk oyunda böyük hesablı qələbə qazanan "Srvena Zvezda" demək olar ki, cütün taleyini həll edib.

Pley-off mərhələsi, ilk oyun

"Srvena Zvezda" (Serbiya) - ÇFR (Rumıniya) - 4:0

Qollar: Milan Pavkov, 5, Aleksandar Katai, 38, Əl-Fərdu ben Nabuan, 68, Mirko İvaniç, 77

Bu mərhələnin digər matçları avqustun 18 və 19-da oynanılacaq.

Digər Xəbərlər
Xəbər Lenti