“Neftçi“ “Fənərbaxça”nı Bakıya gətirə bilmədi: NƏTİCƏLƏR

13 Avqust 2021 01:24 Avropa Liqası 1 129
“Neftçi“ “Fənərbaxça”nı Bakıya gətirə bilmədi: NƏTİCƏLƏR

Avropa Liqasında 3-cü mərhələnin cavab oyunlarına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki təmsilçisi “Neftçi” Finlandiyada HJK ilə cavab matçına çıxıb.

Bakıdakı ilk oyunda qalib müəyyənləşməmişdi – 2:2. Cavab matçında qələbə qazanan HJK pley-offda “Fənərbaxça” ilə qarşılaşmaq hüququ əldə edib.

“Qalatasaray” Şotlandiya səfərində “Sent-Conston”un qonağı olub. “Sarı-qırmızı”lar mərhələ adlamaq üçün mütləq qələbə qazanmalıydı.

Komandalar arasındakı ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab görüşü məhz Türkiyə nəhənginin qələbəsiylə yekunlaşıb.

Flora (Estoniya) – Omoniya (Kipr) 2:1 (penaltilər 3:5)
İlk oyun – 0:1

Slovan (Slovakiya) – Linkoln (Cəbəllütariq) 1:1
İlk oyun – 3:1

Alakşert (Ermənistan) – Kayrat (Qazaxıstan) 3:2
İlk oyun – 0:0

HJK (Finlandiya) – Neftçi (Azərbaycan) 3:0
İlk oyun – 2:2

Anortosis (Kipr) – Rapid (Avstriya) 2:1
İlk oyun – 0:3

Jalqiris (Litva) – Mura (Sloveniya) 0:1
İlk oyun – 0:0

Sent-Conston (Şotlandiya) – Qalatasaray (Türkiyə) 2:4
İlk oyun – 1:1

Seltik (Şotlandiya) – Yablonets (Çexiya) 3:0
İlk oyun – 4:2

Digər Xəbərlər
Xəbər Lenti