Bu gün pley-offun son 6 xoşbəxti kim olacaq - AVROLİQA

12 Avqust 2021 12:20 Avropa Liqası 924
Bu gün pley-offun son 6 xoşbəxti kim olacaq - AVROLİQA

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə keçiriləcək görüşlərdən sonra pley-offa son 6 vəsiqənin sahibi bəlli olacaq.

Azərbaycan çempionu "Neftçi" Finlandiyada Helsinki HİK-i ilə qarşılaşacaq. Bakıdakı ilk matçda rəqibi ilə 2:2 hesablı heç-heçəyə razılaşan "ağ-qaralar" səfərdə qələbə qazanmağa çalışacaq.

Gecənin maraqlı oyunlarından biri Şotlandiyada yerli “Sent Conston”la Türkiyə "Qalatasaray"ı arasında olacaq. İstanbul təmsilçisi evdəki ilk görüşdə rəqibini məğlub edə bilməyib - 1:1.

Daha əvvəl Kiprin "Omoniya" və Slovakiyanın "Slovan" (Bratislava) komandaları pley-offa yüksəlib.

12 avqust

III təsnifat mərhələsi, cavab oyunları

19:00. “Alaşkert” (Ermənistan) - “Kayrat” (Qazaxıstan)

İlk oyun - 0:0

20:00. HİK (Helsinki, Finlandiya) - "Neftçi"

İlk oyun - 2:2

21:00. “Anortosis” (Kipr) - “Rapid” (Avstriya)

İlk oyun - 0:3

21:00. “Jalgiris” (Vilnüs, Litva) - “Mura” (Sloveniya)

İlk oyun - 0:0

22:00. “Sent Conston” (Şotlandiya) - “Qalatasaray” (Türkiyə)

İlk oyun - 1:1

22:45. “Seltik” (Şotlandiya) - “Yablonets” (Çexiya)

İlk oyun - 4:2

Digər Xəbərlər
Xəbər Lenti