"Qarabağ"a rəqib oldu, Avroliqanı qazandı - "Vilyarreal"

27 May 2021 01:58 Avropa Liqası 1 944
"Qarabağ"a rəqib oldu, Avroliqanı qazandı - "Vilyarreal"

Avropa Liqasında final oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, həlledici görüşdə"Vilyarreal" və "Mançester Yunayted" üz-üzə gəlib.

Polşanın Qdansk şəhərindəki eyniadlı stadionda keçirilmiş görüşün əsas vaxtında qalib müəyyənləşməyib - 1:1. 29-cu dəqiqədə Jerar Moreno "Vilyarreal"ı irəli çıxarsa da, 55-ci dəqiqədə Edinson Kavani "Mançester Yunayted"in bərabərlik qolunu vurub.

Əlavə vaxtda tərəflərdən heç biri fərqlənə bilməyib. Bu səbəbdən, fransalı FIFA referisi Kleman Türpen penaltilər seriyası başlatıb.

Bu zaman daha dəqiq olan "Vilyarreal" tarixində ilk dəfə Avropa Liqasının qalibi olub - 11:10. Komandaların heyətindəki bütün 11 futbolçunun yerinə yetirdiyi zərbələrdə yalnız "Mançester Yunayted"in qapıçısı David De Xea dəqiq olmayıb.

Bu qələbə sayəsində "Vilyarreal" həm də 2021/2022 mövsümündə Çempionlar Liqasına vəsiqə qazanıb.

"Vilyarreal" "Qarabağ"ın yer aldığı I qrupundan lider kimi pley-off adlayıb və tarixində ilk dəfə yüksəldiyi finaldan qalib ayrılmağı bacarıb. Komandanın baş məşqçisi Unay Emeri isə 5-ci finalında 4-cü dəfə titul əldə edib.

İspaniyalı mütəxəssis 2013 - 2016-cı illərdə ölkəsinin "Sevilya", 2018/2019 mövsümündə isə İngiltərənin "Arsenal" komandası ilə finala çıxmağı bacarıb.

"Sevilya" ilə ilk 3 finalda qələbə qazanan Emeri London klubunun sükanı arxasında olarkən isə Bakıda baş tutmuş həlledici oyunda digər İngiltərə təmsilçisi "Çelsi"yə məğlub olub. 50 yaşlı mütəxəssis həmçinin 3 fərqli komanda ilə final görən ilk baş məşqçi kimi tarixə düşüb.

"Mançester Yunayted" də indiyədək cəmi bir dəfə - 2016/2017 mövsümündə qitənin ikinci dərəcəli klub turnirinin qalibi olub.

"Vilyarreal" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 1:1 (PENALTİLƏRLƏ - 11:10)
Qollar: Jerar Moreno, 29 - Edinson Kavani, 55

Qol: J.Moreno, 29 – E.Kavani, 55.
Baş hakim: Kleman Tyürpen (Fransa)

Vilyarreal: Xeronimo Rulyi, Raul Albiol, Pau Torres, Xuan Foyt, Daniel Parexo, Manu Triqeros, Etyen Kapu, Eremi Pino, Alfonso Pedrasa, Jerar Moreno, Karlos Bakka.

Mançester Yunayted: David De Xea, Viktor Lindelöf, Erik Bayi, Aaron Van-Bissaka, Lyuk Şou, Skott Maktominey, Pol Poqba, Bruno Fernandes, Markus Reşford, Meyson Qrinvud, Edinson Kavani.

Penaltilər seriyası
Jerar Moreno (1:0)
Xuan Mata (2:0)
Daniel Raba (2:1)
Aleks Telles (2:2)
Pako Alkaser (3:2)
Brunu Fernandeş (3:3)
Alberto Moreno (4:3)
Markus Reşford (4:4)
Daniel Parexo (5:4)
Edinson Kavani (5:5)
Moy Qomes (6:5)
Fred (6:6)
Raul Albiol (7:6)
Daniel Ceyms (7:7)
Fransis Koklen (8:7)
Lük Şou (8:8)
Mario Qaspar (9:8)
Aksel Tuanzebe (9:9)
Pau Torres (10:9)
Viktor Lindelöf (10:10)
Jeronimo Rulli (11:10)
David De Xea (11:10)

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu