"Mançester Yunayted"lə "Milan" üz-üzə - AL-da 1/8 final başlayır

11 Mart 2021 21:00 Avropa Liqası 1 007
"Mançester Yunayted"lə "Milan" üz-üzə - AL-da 1/8 final başlayır

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, İngiltərə təmsilçilərindən "Arsenal" Yunanıstanda "Olimpiakos"la üz-üzə gələcək. "

Tottenhem" Londonda "Dinamo"nu (Zaqreb) sınağa çəkəcək.

Günün maraqla gözlənilən matçında isə "Mançester Yunayted" "Milan" ilə münasibətlərinə aydınlıq gətirəcək.

Ukrayna komandalarından Kiyev "Dinamo"su İspaniya "Vilyarreal"ını qəbul edəcəksə, Donetsk "Şaxtyor"u İtaliyada "Roma"nın qonağı olacaq.

1/8 final mərhələsi, ilk oyunlar

21:55. "Slaviya" Praqa (Çexiya) - "Reyncers" (Şotlandiya)

21:55. "Mançester Yunayted" (İngiltərə) - "Milan" (İtaliya)

21:55. "Dinamo" (Kiyev, Ukrayna) - "Vilyarreal" (İspaniya)

21:55. "Ayaks" (Niderland) - "Yanq Boyz" (İsveçrə)

24:00. "Qranada" (İspaniya) - "Molde" (Norveç)

24:00. "Tottenhem" (İngiltərə) - "Dinamo" (Zaqreb, Xorvatiya)

24:00. "Olimpiakos" (Yunanıstan) - "Arsenal" (İngiltərə)

24:00. "Roma" (İtaliya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

1/8 final mərhələsinin cavab oyunları martın 18-də olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu