Bu gün Avropa Liqasında 1/16 final həyəcanı başlayır

18 Fevral 2021 19:00 Avropa Liqası 694
Bu gün Avropa Liqasında 1/16 final həyəcanı başlayır

Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin oyunlarına start veriləcək.

Sportinfo.az xəbər verir ki, eyni gündə keçiriləcək qarşılaşmalar Bakı vaxtı ilə saat 21:55 və 00:00-da başlayacaq.

"Qarabağ"ın yer aldığı A qrupunun lideri kimi pley-offa vəsiqə qazanmış İspaniya "Vilyarreal"ı bu raundun ilk görüşünü səfərdə keçirəcək.

Unay Emerinin başçılıq etdiyi kollektiv Avstriyada "Zaltsburq"la üz-üzə gələcək. Təl-Əviv "Makkabi"si isə İsraildə Ukraynanın "Şaxtyor" (Donetsk) komandasını sınağa çəkəcək.

Gecənin digər maraqlı oyunlarında İngiltərənin "Mançester Yunayted" və "Arsenal" klubları səfərdə müvafiq olaraq İspaniyanın "Real Sosyedad" və Portuqaliyanın "Benfika" kollektivləri ilə qarşılaşacaq. Pandemiya səbəbindən hər iki görüş İtaliyada oynanılacaq.

Bundan başqa, İtaliya "Milan"ı Serbiyada "Srvena Zvezda", Niderland "Ayaks"ı isə Fransada "Lill"lə qarşılaşacaq.

1/16 final mərhələsinin cavab oyunları 24 - 25 fevralda gerçəkləşəcək.

İlk oyunlar

21:55. “Olimpiakos" (Yunanıstan) - PSV (Niderland)
21:55. “Yanq Boyz” (İsveçrə) - “Bayer” (Almaniya)
21:55. “Krasnodar” (Rusiya) - “Dinamo” (Zaqreb, Xorvatiya)
21:55. “Braqa” (Portuqaliya) - “Roma” (İtaliya)
21:55. “Slaviya” (Çexiya) - “Lester” (İngiltərə)
21:55. “Srvena Zvezda” (Serbiya) - “Milan” (İtaliya)
21:55. “Real Sosyedad” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)
21:55. “Dinamo” (Kiyev, Ukrayna) - “Brügge” (Belçika)
21:55. “Volfsberq” (Avstriya) - “Tottenhem” (İngiltərə)00:00. “Lill” (Fransa) - “Ayaks” (Niderland)
00:00. “Makkabi” (Təl-Əviv, İsrail) - “Şaxtyor (Donetsk, Ukrayna)
00:00. “Qranada” (İspaniya) - “Napoli” (İtaliya)
00:00. “Molde” (Norveç) - “Hoffenhaym” (Almaniya)
00:00. “Zaltsburq” (Avstriya) - “Vilyarreal” (İspaniya)
00:00. “Antverpen” (Belçika) - “Reyncers” (Şotlandiya)
00:00. “Benfika” (Portuqaliya) - “Arsenal” (İngiltərə).

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”