Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, 403 komandadan ibarət siyahıya Azərbaycanın iki təmsilçisi düşüb.
Ötən ay 73-cü pillədə qərarlaşan "Qarabağ" (146,5 xal) 70-ci sıraya yüksəlib. "Neftçi" (57,5 xal) isə 469-cu yerdən 398-ci mövqeyədək irəliləyib.
Dünya reytinqinə İngiltərə Premyer Liqasının və Çempionlar Liqasının son qalibi “Mançester Siti” (359 xal) başçılıq edir. İspaniya təmsilçisi “Real” (332 xal) ikincidirsə, İtaliyanın “İnter” (281 xal) kollektivi üçüncüdür.