Qarabağda son həftədə aşkarlanan minaların sayı...

14 Noyabr 2023 15:30 Araşdırma 1 676
Qarabağda son həftədə aşkarlanan minaların sayı...

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

Bu barədə qurumun X hesabında paylaşım edilib.

Bildirilib ki, azad olunan ərazilərdə noyabrın 6-dan 12-dək olan müddətdə 129 tank əleyhinə mina, 12 piyada əleyhinə mina, 317 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 527,6 hektar ərazi minadan təmizlənib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?