“Neftçi”dəkilər indi bu xəbərə çox sevinir

17 Fevral 2024 11:40 Araşdırma 1 200
“Neftçi”dəkilər indi bu xəbərə çox sevinir

Premyer Liqanın 23-cü turu bəzi futbolçular üçün tamaşa meydanı olacaq.

3 komandadan cəzalı duruma düşən eyni sayda futbolçu meydana çıxmaqdan məhrumdur.

Əlavə olaraq, bir məşqçi də texniki zonada yer ala bilməyəcək.

Ən ağır zərbə “Zirə”yə dəyib. Rəşad Sadıqov “Neftçi”ylə matçda müdafiənin dirəyi sayılan Ruan Renatonun xidmətindən yararlana bilməyəcək.

Ümumi siyahı belədir:

Anatoli Nuriyev ("Sabah"), Vurğun Hüseynov ("Kəpəz"), Ruan Renato ("Zirə"), Vadar Nuriyev (“Araz-Naxçıvan”, məşqçi).

Fevralın 17-də “Sabah” - “Kəpəz”, “Səbail” – “Araz-Naxçıvan”, bir gün sonra “Sumqayıt” – “Turan Tovuz”, “Neftçi” – “Zirə” görüşləri baş tutacaq.

Vaxtı dəyişdirilən “Qəbələ” – “Qarabağ” oyunu fevralın 28-də keçiriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti