Azərbaycan vətəndaşları Ermənistanda daşınmaz əmlak alıb?

21 Fevral 2024 12:30 Araşdırma 918
Azərbaycan vətəndaşları Ermənistanda daşınmaz əmlak alıb?

Türkiyə vətəndaşları 2023-cü il ərzində Ermənistanda 3 mənzil alıb.

Bu barədə məlumatı “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq ölkənin Kadastr Komitəsi yayıb.

Daşınmaz əmlakın hər birinin İrəvanda yerləşdiyi bildirilir. Həmçinin qeyd olunur ki, ötən il Azərbaycan vətəndaşları Ermənistanda daşınmaz əmlak əldə etməyib.

Bununla belə, Türkiyə vətəndaşları 2022-ci ildə Ermənistanda 11, Azərbaycan vətəndaşları isə 2 daşınmaz əmlak obyekti alıb.

Burada söhbət Azərbaycan vətəndaşı olan şəxslərdən gedir, onların etnik mənsubiyyətindən deyil. Ermənistanda daşınmaz əmlak alan şəxslərin milliyətcə azərbaycanlı olub-olmadığını dəqiqliklə demək mümkün deyil.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”