.jpg)
Məhkəmə Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunun futbolçusu Kriştiano Ronaldoya model Ketrin Mayorqaya təcavüz ittihamı ilə bağlı bəraət verib.
Sportinfo.az xəbər verir ki, model ilk dəfə 2018-ci ilin sentyabrında Ronaldonu zorlamada ittiham edib.
O, cinayətin 2009-cu ildə Las-Veqasda baş verdiyini bildirib. Daha sonra Ronaldonun susmaq qarşılığında ona 375 min dollar ödədiyi iddia edilib.
Ronaldo bu iddiaları inkar edib . 2019-cu ilin iyulunda Las-Veqas prokurorluğu Mayorqanın futbolçuya qarşı ittihamlarını əsassız adlandırıb.
Model 2023-cü ilin oktyabrında ikinci iddia qaldırıb.
Ronaldo 2016-cı ildən model Corcina Rodrigeslə münasibətdədir. Cütlüyün beş övladı var, onlardan ikisi ortaqdır. 2017-ci ilin əvvəlində Kriştianonun surroqat anadan əkiz uşaqlar doğulub.
2017-ci ilin noyabrında Rodriges özü Alana Martina adlı bir qız dünyaya gətirib. 18 aprel 2022-ci ildə Ronaldo və Corcina yenidən valideyn olub.
Ronaldo yanvarın 2-də "Əl-Nasr”ə keçib. Müqaviləyə əsasən, o, ildə 200 milyon avro qazanır.