Qış transferlərinə ən çox pul xərcləyən klublar - "TOP-10"LUQ

4 Fevral 2024 03:00 Araşdırma 769
Qış transferlərinə ən çox pul xərcləyən klublar - "TOP-10"LUQ

Avropada 2023-2024-cü illər mövsümünün qış fasiləsində transferlərə ən çox pul xərcləyən komandalar məlum olub.

Sportinfo.az xəbər verir ki, siyahının ilk pilləsində Fransa “Lion”u qərarlaşıb.

Klub yeni oyunçuların alınmasına 50,13 milyon avro xərcləyib. Liqa 1 təmsilçisi bu məbləği 8 futbolçu üçün ödəyib.

Hazırda ölkə çempionatında 16 xalla 16-cı sırada yer alan “Lion”un ən bahalı transferi isə İspaniyanın “Barselona” komandasından cəlb olunan Vitor Rokedir. Klub bu keçid üçün 40 milyon avro xərcə düşüb.

Bu mövsüm qış transferlərinə ən çox pul xərcləyən komandalar

1.“Lion” (Fransa) - 50,13 milyon avro

2. “Barselona” (İspaniya) - 40 milyon avro

3. PSJ (Fransa) - 40 milyon avro

4. “Bavariya” (Almaniya) - 30 milyon avro

5. “Kristal Pelas” (İngiltərə) - 29,1 milyon avro

6. “Renn” (Fransa) - 26,5 milyon avro

7. “Tottenhem” (İngiltərə) - 25 milyon avro

8. “Leyptsiq” (Almaniya) - 24 milyon avro

9. “Marsel” (Fransa) - 22 milyon avro

10.“Napoli” (İtaliya) - 21 milyon avro

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?