Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilanda xüsusi nümayəndəsi o oldu

13 Mart 2024 17:50 Araşdırma 834
Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilanda xüsusi nümayəndəsi o oldu

Prezident İlham Əliyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla Vahid Rasim oğlu Hacıyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Eyni zamanda “Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3699 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 12, maddə 1527 (Cild I) ləğv edilib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?