Ötən il 58 nəfər mina qurbanı olub

26 Yanvar 2024 21:50 Araşdırma 911
Ötən il 58 nəfər mina qurbanı olub

“2023-cü ildə 58 şəxs mina və hərbi sursat partlayışlarının qurbanı olub”.

Bu sözləri ötən illin yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş kollegiya iclasındakı çıxışı zamanı Baş prokuror Kamran Əliyev deyib.

Baş prokuror əlavə edilib ki, 19 nəfər həlak olub, 39 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O qeyd edib ki, 342 şəxs 2020-ci ilin noyabr ayından hazırkı vaxtadək mina və hərbi sursat partlayışlarının qurbanı olub, həmin şəxslərdən 65-i həlak olub, 277 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?