İki “qoca” futbolçu, bir məşqçi, bir tərcüməçi – Kənarda qaldılar

1 Aprel 17:20 Araşdırma 2 213
İki “qoca” futbolçu, bir məşqçi, bir tərcüməçi – Kənarda qaldılar

Aprelin 2-3-də Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

Lakin heç də bütün rəsmi şəxslər və futbolçular iş başında ola bilməyəcək.

İlk mərhələdə 4 nəfər cəzalı durumdadır.

“Qarabağ”ın 35 yaşlı üzvü Riçard Almeyda “Neftçi”ylə matçda meydana çıxmayacaq. “Qəbələ” – “Zirə” görüşündə isə birincilərin 37 yaşlı kapitanı Asif Məmmədov tribunada tamaşaçı rolunda olacaq.

2021-ci ildə “Səbail”də işləyərkən 20 oyunluq cəza alan “Zirə”nin hazırkı məşqçisi Vüqar Məmməd ilə ötən mövsüm 5 oyunluq cəzaya məruz qalan ”Neftçi”nin tərcüməçisi Vüqar Əliyev də texniki zonada yer almaqdan məhrumdur.

Bir sözlə, komandaların hamısında cəzalı şəxslər var.

Aprelin 2-də “Neftçi Arena”da “Neftçi” – “Qarabağ” (saat 20:00-da) qarşılaşması baş tutacaq.

Bir gün sonra bölgədə “Qəbələ” – “Zirə”ni qəbul edəcək (saat 19:00-da).

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti