Qurban Qurbanov onu da vurub keçdi – Dünya çapında

18 Aprel 22:40 Araşdırma 494
Qurban Qurbanov onu da vurub keçdi – Dünya çapında

Dünyanın ən yaxşı baş məşqçilərinin yeni siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, planetin 500 ən güclü mütəxəssisi sırasında yer alan yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovun mövqeyi dəyişib.

“Qarabağ”ın baş məşqçisi dünya reytinqində 138-ci yerə yüksəlib. 1 670 xala malik 52 yaşlı mütəxəssis tanınmış məşqçi Roberto de Dzerbini keçib. “Brayton”un italiyalı çalışdırıcısı 138-ci pillədən 143-cü yerə düşüb.

“Neftçi”nin monteneqrolu baş məşqçisi Miodraq Bojoviç 1 616 xalla siyahıda 195-cidir. O, ötən siyahıdakı mövqeyini qoruyub.

Cədvələ 2228 xala malik “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 17:40 "Neftçi"nin yeni AĞAsı