Millimizin yeni simasının verdiyi ŞOK AÇIQLAMALAR! - Onu yaxından tanıyın

31 Mart 22:05 Araşdırma 880
Millimizin yeni simasının verdiyi ŞOK AÇIQLAMALAR! - Onu yaxından tanıyın

Azərbaycan millisinin Monqolustan və Bolqarıstanla oyunlarında yığmada yeni ad gördük – Emil Mustafayev.

Əslində, tam da yeni ad demək olmaz. Çünki buna qədər U-21-in heyətində çıxış etmişdi.

Lakin bu dəfə daha üst səviyyədə, həm də geniş auditoriya qarşısında özünü göstərmək imkanı qazandı.

İlkin təəssüratlar bəzən aldadıcı olsa da, Emilin solaxay olması, topla rəftarı və ən əsası, meydanı görmə qabiliyyəti yığmamıza fayda verə biləcəyini göstərdi.

Mustafayevi siz oxuculara yaxından tanıtmaq üçün Ukrayna mənbələrində müəyyən araşdırma apardıq. Ancaq heç bir mətbu orqanda ailəsi haqda geniş məlumatlar tapa bilmədik ki, Ukrayna ilə Azərbaycan bağlarının hara söykəndiyini bilək, vətəninə olan sevgisinin dərəcəsindən xəbərdar olaq.

Bilinən odur ki, atasının adı Ramil olan futbolçu 2001-ci ilin sentyabrın 24-də Krivoqrad şəhərində anadan olub və futbolun sirlərinə 5 yaşından etibarən sözügedən şəhərin “ДЮСШ-2” akademiyasında yiyələnib. 2013-cü ildə qısa müddətə Kiyev “Dinamo”sunun düşərgəsinə yollansa da, yenidən Krivoqrada qayıdıb.

2018-ci ildə Premyer Liqa təmsilçisi “Aleksandriya” ilə ilk peşəkar müqavilə bağlayan soydaşımız 2020-ci ildən əsas heyətə cəlb olunub. 2023-cü ilə qədər şərəfini qoruduğu “Aleksandriya”da 24 oyunda şans qazanmaqla 2 qol vurub, 6 assist müəllifi olub. Ölkə kubokunda 2 matçda 2 dəfə fərqlənib.

Emil ötən ilin yayında Premyer Liqanın digər təmsilçisi “Polesye” ilə 2027-ci ilə qədər müqavilə bağlayıb. Cari mövsümdə çempionatda 10 oyunda 1 qol vurub, ölkə kubokunda 3 matçda 1 məhsuldar ötürməyə imzasını yazdırıb.

Azərbaycan millisinin üzvü 2023-cü ilin dekabrında “Ukrainskiy futbol” saytının əməkdaşı Aleksandr Karpenko ilə uzun-uzadı söhbət edərək bir çox sualları cavablandırıb.

Müsahibədə sizin üçün maraqlı olacaq yer səbəbkarın ölkəmiz və futbolumuzla bağlı dedikləridir ki, həmin hissəni təqdim edirik.

- Haradasa oxumuşdum ki, Azərbaycanda səninlə maraqlanırlar.

- Söhbət var idi, konkretlilik yox.

- Vaxtilə Azərbaycanın U-21 millisində oynamağı qərara almışdın. Peşman deyilsən?

- Azərbaycan millisində oynamağı arzulayırdım. Çünki bu, atamın çox böyük istəyi idi. Ruslan Petroviç məni dəvət edəndə, artıq Azərbaycanın U-21-də oynamışdım. Bir komandadan digərinə keçmək düzgün olmazdı.

- Ukrayna millisindən təklif olmamışdı? Federasiyadan heç kimlə danışmamışdın?

- “Aleksandriya”da oynayanda bu barədə danışmışdıq. Hal-hazırda sakitlikdir.

- Ukrayna millisinə nöqtə qoymaq üçün tez deyil?

- Ukrayna yığmasına dəvət min ildə bir dəfə ola bilər. Əlbəttə, təklifi geri çevirmərəm. Mən burada böyümüşəm və bu yerə gəlib çatmışam.

- Vaxtilə “Minay”da oynamış Anatoli Nuriyevlə Rüstəm Əhmədzadəyə Azərbaycanda münasibət necədir?

- Onlarla o qədər də yaxın deyiləm. Əhmədzadə daim milliyə çağırılır.

- Yaxın keçmişdə Ukrayna ilə Azərbaycanın gənclər milliləri AÇ-2025-in seçmə mərhələsi çərçivəsində oynamışdılar. Keçmiş milli yoldaşların arasında seçilənlər var?

- Bəzi maraqlı futbolçular var. Qapıçı Ruslan Samiqulinlə kapitan Fərid Yusifli.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti