Bizimkilər utansın! Gürcüstan Futbol Federasiyasını görün kimlər idarə edir - ADLAR

27 Mart 21:20 Araşdırma 10 982
Bizimkilər utansın! Gürcüstan Futbol Federasiyasını görün kimlər idarə edir - ADLAR

Gürcüstan millisi tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazandı.

Sözsüz, qonşu ölkənin futbolçuları hələ SSRİ dövründən sözünü deməyi bacarıb.

Müstəqillik tarixində yığma üzvləri daim Avropanın aparıcı futbol ölkələrində legioner həyatı yaşayıblar.

Amma burada ən mühüm amil Gürcüstan Futbol Federasiyasını, başqa cür desək, ölkənin futbolunu idarə edən adamların kimliyidir.

Əlavə şərh vermədən həmin şəxslərin adlarını, karyeralarını və fəaliyyət dövrlərini təqdim edirik.

Levan Kobiaşvili - Prezident

Klub karyerası:

1993-1994 Qorda Rustavi

1995-1998 Dinamo Tbilisi

1997 Alanya

1998-2003 Frayburq

2003-2010 Şalke

2010-2014 Herta Berlin

Xidmət karyerası:

2014 - Hertha Berlin akademiyasının meneceri

2015 - Avropa Gənclər Olimpiya Festivalı "Tbilisi 2015" Olimpiya Kəndinin meri

2015-2017 - Almaniya-Gürcüstan Dostluq İli" işçi qrupunun üzvü

2015-ci ildə Gürcüstan Futbol Federasiyasının prezidenti

2016-2018 Gürcüstan Futbolunun İnkişafı Fondunun İdarə Heyətinin üzvü

2016-2019 UEFA Milli Assosiasiyalarla Əlaqələr Komitəsinin üzvü

2019 - UEFA Futbol Komitəsinin sədri

Davit Mujiri – Baş katib

Klub karyerası:

1994-1998 Dinamo Tbilisi

1999-2001 Şerif Tiraspol

2001-2006 Şturm

2006-2008 Krılya Sovetov

2008-2009 Lokomotiv Moskva

2010 Dinamo Tbilisi

2011 Sanfrençe Hirosima

2012 Zestafoni

Xidmət karyerası:

2015 - Gürcüstan Futbol Federasiyasının baş katibi

2019 - UEFA Gənclər və Həvəskar Futbol Komitəsinin sədr müavini

Kaxa Çumburidze – Birinci vitse-prezident

Klub karyerası:

1987-1989 Zooveterinar İnstitutunun komandası

1989-1990 Alazani

1991-1992 Samquralı

1993-1995 Zooveterinar İnstitutunun komandası

1996-1997 Quriya

1997-2000 VİT-Corciya

Xidmət karyerası:

2000-2002-ci illərdə "Saburtalo" futbol klubunun direktoru

2003-2004 Tbilisi "Dinamo" Akademiyasının direktoru

2004-2005-ci illərdə Tbilisinin "Dinamo" futbol klubunun idman direktoru

2006-2007 Tbilisi Dövlət Tibb Universitetinin İdman və Mədəniyyət Mərkəzinin direktoru

2007-2015 "Saburtalo" futbol klubunun baş direktoru

2015 - Gürcüstan Futbol Federasiyasının vitse-prezidenti

2019 - UEFA İnkişaf və Texniki Dəstək Komitəsinin üzvü

Nikoloz Jgharkava – Vitse-prezident

Təhsili:

2000-2005 İvane Cavaxişvili Tbilisi Dövlət Universitetinin Hüquq fakültəsi

2010-2011 GIPA İdarəetmə Fakültəsi

2014-2015 Lozanna Universiteti Futbol İdarəetmə Kursu

Xidmət karyerası:

2006-11 Dinamo Arena | Direktor köməkçisi, İdarə rəisi, Tədbirlər üzrə menecer

2011-15 Dinamo Arena | Direktor

2015 - S.K. Tbilisi Dinamo Direktor

2015 - Gürcüstan Futbol Federasiyasının vitse-prezidenti

2016 - UEFA nümayəndəsi

2019 - UEFA Kütləvi Futbol Ekspert Şurasının üzvü

Aleksandr İaşvili – Vitse-prezident

Klub karyerası:

1993-1997 Dinamo Tbilisi

1997 Lyubek

1997-2007 Frayburq

2007-2012 Karlsrue

2012-2013 Bohum

2013-2014 İnter Bakı

2015 Samtredia

2015-2016 Dinamo Tbilisi

Xidmət karyerası:

2016 - Gürcüstan Futbol Federasiyasının vitse-prezidenti

2019 - UEFA Milli Komandaların Yarış Komitəsinin üzvü

Adları yəqin ki, tanıdınız. Bir vaxtlar Avropada Gürcüstanı layiqincə təmsil etmiş futbolçulardır. Rəhbər postlarda yer alan 5 nəfərdən 4-ü peşəkar futbolla məşğul olub, 3-ü Gürcüstan millisinin şərəfini qoruyub.

İndi bildiniz Gürcüstan yığması niyə Avropa çempionatındadır?

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"