2 il müddətinə futboldan uzaqlaşdırıldı - Braziliya millisinin hücumçusu

27 Mart 2024 12:20 Araşdırma 648
2 il müddətinə futboldan uzaqlaşdırıldı - Braziliya millisinin hücumçusu

"Flamenqo"nun (Braziliya) hücumçusu Qabriel Barbosa 2 il müddətinə futboldan uzaqlaşdırılıb.

Sportinfo.az xəbər verir ki, buna səbəb 27 yaşlı futbolçunun dopinq testi zamanı saxtakarlıq etməsidir.

Braziliyalı forvard oyundan bir gün öncə verilən dopinq testi zamanı qayda pozuntusuna yol verib.

Onun cəzası 8 aprel 2023-cü il tarixindən hesablanacaq. "Qabiqol" ləqəbli futbolçu aprel ayında başlayacaq ölkə çempionatında bir mövsümü buraxacaq.

O, 2025/26 mövsümündən etibarən yaşıl meydanlara qayıdacaq.

Qabriel Barbosa Braziliya milli komandasının heyətində 18 oyunda meydana çıxıb və 5 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti