Postsovet məkanının ən bahalı futbolçuları arasında bizimkilər varmı? - FOTOLAR

27 Mart 09:00 Araşdırma 418
Postsovet məkanının ən bahalı futbolçuları arasında bizimkilər varmı? - FOTOLAR

Transfermarkt portalı özünün “Telegram” kanalında postsovet məkanının ən bahalı futbolçularının siyahısını dərc edib.

Sportinfo.az xəbər verir ki, burada azərbaycanlı oyunçular yer almayıb.

Birinci yeri “Napoli”nin vingeri Xviça Kvaratsxeliya tutub. Onun dəyəri 80 milyon avrodur.

İkinci yerdə Aleksandr Zinçenko (42 milyon avro) qərarlaşıb. İlk üçlüyü Mixail Mudrik (35 milyon avro) qapayıb.

Kvaratsxeliya 2022-ci ilin iyulunda “Dinamo”dan (Batumi) “Napoli”yə keçib. Ötən mövsüm “Napoli” 33 ildən sonra ilk dəfə İtaliya çempionu olub.

Kvaratsxeliya burada 34 oyun keçirib, 12 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!