Qarabağda işğaldan azad olunan ərazilərdə bu qədər mina aşkarlandı

26 Mart 21:50 Araşdırma 156
Qarabağda işğaldan azad olunan ərazilərdə bu qədər mina aşkarlandı

Ötən həftə işğaldan azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb.

Bu barədə Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilib ki, həyata keçirilən humanitar minatəmizləmə əməliyyatlarında 30 piyada əleyhinə mina, 3 tank əleyhinə mina, 121 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin, 462.1 hektar ərazi minalardan təmizlənib.

Minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"