İki klubun sponsoru - Bu, elə həmin adamdır?

24 Mart 11:05 Araşdırma 3 061
İki klubun sponsoru - Bu, elə həmin adamdır?

Dünən AFFA qurumun prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlərin adlarını açıqlayıb.

Nizamnamənin 34-cü maddəsinin tələblərinə uyğun olaraq, AFFA-nın 2024-cü il aprelin 2-də keçiriləcək növbəti Hesabat-Seçki Konfransında AFFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək.

Nizamnamənin 34-cü maddəsinin 4-cü bəndinə əsasən, İcraiyyə Komitəsinə namizədlər AFFA üzvləri tərəfindən yalnız birbaşa üzvlər vasitəsilə Hesabat-Seçki Konfransının keçirilmə tarixindən ən azı 10 gün əvvəl təklif olunmalıdır.

Qeyd olunmuş müddət başa çatıb.
AFFA prezidentliyi və İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərin siyahısını belədir:

AFFA prezidentliyinə namizəd
1. Rövşən Nəcəf - Peşəkar Futbol Liqası İctimai Birliyi vasitəsi ilə "Neftçi" PFK tərəfindən

AFFA İcraiyyə Komitəsi üzvlüyünə namizədlər
Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer

1. Səməd Qurbanov - "Neftçi" PFK tərəfindən
2. Fərid Mansurov - Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən
3. Xəyal Cəfərov - "Sumqayıt" FK tərəfindən
4. Qurban Qurbanov – "Qarabağ" FK tərəfindən
5. Maqsud Adıgözəlov – "Sabah" FK tərəfindən

Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer
1. Elşad Nəsirov – Qərb Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
2. Balakişi Qasımov – Şimal Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
3. Sərxan Hacıyev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən

İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer
1. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən
2. Zaur Axundov – Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən

Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer
1. Ülvi Mansurov - Azərbaycan Futzal Federasiyası tərəfindən
2. Leyla Xəlilova - Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən

Yeni siyahıda adı qeyd edilən Zaur Axundov Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti deyil. Mediada bununla bağlı anlaşılmazlıq yaranıb. Sırf ad-soyada görə.

AFF-nın başqanının adaşı futbol camiəsinə tanış biridir. O, uzun illər AZAL PFK-nin sponsoru olub.

“Silk Way Holding” MMC-nin prezidenti kimi 2006-2016-cı illərdə Şüvəlan klubunun maliyyələşdirilməsi prosesində birbaşa iştirak edib.

Axundov AZAL PFK-nın fəaliyyətini dayandırmasından sonra da bu sektorla bağlantılarını qoparmayıb. Səkkiz ilə yaxındır “Zirə“nin sponsorları sırasında yer almaqdadır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!