COP29

Bizimkilər Avropanın top komandalarının yeni siyahısında

24 Mart 01:10 Araşdırma 336
Bizimkilər Avropanın top komandalarının yeni siyahısında

Avropanın top komandalarının yeni reytinq cədvəli açıqlanıb.

Sportinfo.az xəbər verir ki, siyahıda qitənin 415 ən güclü klubu yer alıb.

Azərbaycan cədvəldə 4 komanda ilə təmsil olunub. “Qarabağ” 293 xalla siyahıda 65-cidir.

Qurban Qurbanovun yetirmələri Avropa Liqasının “Bayer”lə səfər oyunundan (2:3) sonra 2 pillə geriləyib. Təmsilçimizin xal hesabı dəyişməyib.

“Neftçi” 27 xalla 240-cıdır. “Sabah” 20 xalla 260-cı pillədədir. Paytaxt klubları müvafiq olaraq 2 və 5 pillə irəliləyiblər. “Qəbələ” 5 xalla 367-ci yerdə qalıb.

Siyahıya 2444 xala malik “Real” başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti