”Əvvəl analiz vermək istəmirdilər, düşünürdülər ki, yaxınları sağdır”

21 Mart 2024 07:50 Araşdırma 968
”Əvvəl analiz vermək istəmirdilər, düşünürdülər ki, yaxınları sağdır”

“Birinci Qarabağ Müharibəsində yaxınları itkin düşmüş şəxslər əvvəllər analiz vermək istəmirdilər. Düşünürdülər ki, yaxınları sağdır”.

Bunu Baş Prokurorluqda keçirilən brifinqdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşı Zaur İsmayılov deyib.

Z.İsmayılovun sözlərinə görə, Vətən müharibəsindən sonra müraciət edənlərin sayı çoxalıb və hazırda da artan xətt üzrə davam edir.

Qurum rəsmisi qeyd edib ki, kimliyi müəyyən edilmiş insan qalıqları dini, milli ənənələrə uyğun olaraq ailələrinə təhvil veriləcək və dəfn ediləcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?