Transfer dəyəri 3,3 milyon avro olan yarımmüdafiəçi “Qarabağ”da

20 Mart 2024 18:10 Araşdırma 19 196
Transfer dəyəri 3,3 milyon avro olan yarımmüdafiəçi “Qarabağ”da

Azərbaycan Premyer Liqasının ən dəyərli futbolçuları bəlli olub.

Sportinfo.az xəbər verir ki, Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) bununla bağlı araşdırma aparıb.

10 futbolçunun yer aldığı siyahıda “Qarabağ”ın üzvləri çoxluq təşkil edir. Elə ilk 4 sırada Ağdam klubunun oyunçuları qərarlaşıblar.

Premyer Liqamızın ən dəyərlisi son çempionun yarımmüdafiəçisi Leandro Andradedir. Onun transfer dəyəri 3,3 milyon avrodur.

Andradeni müvafiq olaraq komanda yoldaşları Toral Bayramov, Juninyo və Elvin Cəfərquliyev izləyirlər.

1. Leandro Andrade (“Qarabağ”) – 3,3 milyon avro

2. Toral Bayramov (“Qarabağ”) – 2,4 milyon

3. Juninyo (“Qarabağ”) – 2,2 milyon

4. Elvin Cəfərquliyev (“Qarabağ”) – 1,8 milyon

5. Kahim Parris (“Sabah”) – 1,3 milyon

6. Suleyman Alluş (“Səbail”) – 1,2 milyon

7. Marko Yankoviç (“Qarabağ”) – 1 milyon

8. Ayxan Süleymanlı (“Sumqayıt”) – 900 min

9-10. Salifu Suma (“Zirə”) – 800 min

9-10. Julio Romao (“Qarabağ”) – 800 min

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti