Əhali 2 ayda ərzaq və içkiyə bu qədər pul xərcləyib

14 Mart 15:30 Araşdırma 191
Əhali 2 ayda ərzaq və içkiyə bu qədər pul xərcləyib

2024-cü ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 8555,0 milyon manatlıq, o cümlədən 4726,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3828,6 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Bildirilib ki, 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyri-ərzaq malları üzrə 5,2 faiz artmışdır.

Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,1 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 15,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,3 faizi avtomobil benzini və dizel yanacağının, 4,7 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,8 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,6 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 faizini təşkil edib.

2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 2024-cü ilin yanvar-fevral aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 3,6 faiz, fərdi sahibkarlar üzrə 3,8 faiz, bazar və yarmarkalarda 2,7 faiz artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 420,0 manatlıq, o cümlədən 232,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 188,0 manatlıq qeyri-ərzaq malları alıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!