AFFA təkrar imtahan keçirdi

12 Mart 2024 03:40 Araşdırma 647
AFFA təkrar imtahan keçirdi

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin təşkilatçılığı ilə klublarda lisenziyalaşdırma sahəsində çalışan yeni və bundan əvvəl baş tutan imtahanda uğursuz nəticə göstərmiş əməkdaşlar üçün onlayn formatda təkrar imtahan keçirilib.

Sportinfo.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, ilk olaraq Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları iştirakçılara imtahanın şərtlərini xatırladıblar.

Menecerlər verilən sualları cavablandırıblar. İmtahandan müvəffəqiyyətlə keçən klub nümayəndələri xüsusi sertifikatla təltif olunacaqlar.

Lisenziya qaydalarına əsasən, Lisenziya iddiaçısı olan hər bir klubun lisenziyalaşdırma üzrə meneceri qeyd olunan sertifikata yiyələnməlidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti