Maradonanın öldüyü evə baxış keçiriləcək - MüƏMMALI İŞ

8 Mart 2024 10:20 Araşdırma 864
Maradonanın öldüyü evə baxış keçiriləcək - MüƏMMALI İŞ

Argentina prokurorluğu keçmiş futbolçu Dieqo Maradonanın öldüyü evə baxış keçirmək üçün icazə istəyib.

Sportinfo.az xəbər verir ki, Maradonanın ölümü ilə bağlı dinləmə martın 6-da baş tutub.

5 həkim və 3 tibb bacısı təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılıb və onları 8 ildən 25 ilə qədər həbs gözləyir.

Maradonanın ölüm səbəblərini araşdıran ekspert komissiyası onun beynindəki subdural hematomanın çıxarılması üçün əməliyyatdan sonra ona lazımi qayğı göstərilmədiyi qənaətinə gəlib.

Maradona 25 noyabr 2020-ci ildə, 60 yaşında vəfat edib. Onun ölümündən sonra Argentinada üç günlük matəm elan edilib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?