“Qarabağ” sabah bunu edə bilsə... Axtardığınız hər şey bu VİDEOda!

6 Mart 2024 19:00 Araşdırma 1 150
“Qarabağ” sabah bunu edə bilsə... Axtardığınız hər şey bu VİDEOda!

Sabah "Qarabağ" Avroliqanın 1/8 finalının ilk oyununda Bakıda "Bayer Leverkuzen"i qəbul edəcək.

“Sportinfo TV”nin aparıcı-eksperti Elçin Cəfərov qonaqlar barədə maraqlı şərhlərlə diqqət çəkib.

Qeyd edib ki, Almaniyadan olan rəqib kifayət qədər təhlükəlivdir:

“Ən arzuolunmaz püşk qismətimiz oldu. “Bayer"də Xavi Alonsonun baş məşqçi postuna təyinatı ilə birlikdə komandanın oyun planında da ciddi dəyişikliklər nəzərə çarpdı.

Oyuna nəzarəti son dəqiqəyə kimi özlərundə saxlamağa çalışırlar. Topa davamlı sahiblənən, topun meydanın rəqibə aid hissəsində qalma faizi yüksək olan kollektivdir.

Zatən Almaniya çempionatında lider olmaqla yanaşı, nümayiş etdirilən futbolla təqdir görürlər.

Biri var, rəqibə görə oyun anlayışı, biri də var, öz oyun planın. 3-4-3 oyun formatı, xüsusilə cinahdan təşkil edilən hücumlarla istənilən rəqibə qarşı başağrısı ola bilərlər.

Qrimaldo və Frimponqun cinahlardan hücuma qoşulması, bu fonda yarımmüdafiədə yer alan Hofmanla Virtzin mərkəzə doğru meyllənməsi həmin futbolçulara boş “dəhlizlər” yaradır.

Ümumiyyətlə, cari mövsümün əvvəlində Alonsunun təkidi ilə heyətə cəlb edilən Qranit Caka və Alexandro Qrimaldo komandanın oyun planında çox önəmli yerə sahibdirlər.

Xüsusilə top "Bayer"də olarkən, mərkəzdən oyun qurulmasında Topsoba və Tahın oyun ağlı komandanın zonalara yayılmasına müstəsna rol oynayır.

Rəqibin gücünü zəiflətmək üçün onlara qarşı basqıyla topu oyuna daxil etməməyə çalışmaq lazımdır".

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti