Ermənilər yenə də Azərbaycanla MÜHARİBƏ gözləyir

4 Mart 2024 19:30 Araşdırma 817
Ermənilər yenə də Azərbaycanla MÜHARİBƏ gözləyir

Ermənistanda respondentlərin 55,1%-i yaxın gələcəkdə Azərbaycanla yeni müharibə təhlükəsini tamamilə real hesab edir.

Bu rəqəm “Gallup International”ın Ermənistan nümayəndəliyinin keçirdiyi sorğunun nəticələrində ortaya çıxıb.

Sorğulara görə, 25,5% yeni müharibənin “çox güman ki, mümkün” olduğuna, 9,8% müharibənin “olduqca qeyri-mümkün” olduğuna inandığını, 7,2% isə hadisələrin bu cür inkişafına qətiyyən inanmadığını bildirib.

Sorğuda iştirak edənlərin əksəriyyəti ölkədəki mövcud vəziyyəti “hökumətin səriştəsiz fəaliyyəti” ilə əlaqələndirir.

Respondentlərin yalnız 13,5%-i Ermənistan hökumətinin qondarma qurumun həbs olunan rəhbərlərinin Azərbaycan həbsxanalarından azad edilməsinə yönəlmiş səylərini yetərli hesab edib; 12,4% bu səyləri “olduqca adekvat” hesab edib; 15%-i bu səyləri “bir qədər qeyri-kafi”, 44,4%-i isə “qeyri-kafi” sayıb.

Respondentlərin əksəriyyəti – 45,2% hökumətin Qarabağ hərəkatının 36-cı ildönümü ilə bağlı heç bir tədbir təşkil etməmək qərarını səhv hesab edib. Digər 15,3% isə bunun “olduqca yanlış” olduğuna inandığını söyləyib

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti