MƏLUMUNUZ OLSUN - İnsan ömrü bu halda 2 il uzana bilər

28 Fevral 2024 15:50 Araşdırma 697
MƏLUMUNUZ OLSUN - İnsan ömrü bu halda 2 il uzana bilər

Bütün ölkələr Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) havanın çirklənməsi standartlarına cavab verərsə, insanların orta ömrü 2 il arta bilər.

Qlkaqo Universitetinin Enerji Siyasəti İnstitutunun alimləri bu qənaətə gəliblər.

Onlar hava çirkliliyinin insan həyatına təsirini araşdırarkən məlum olub ki, əgər belə olarsa, dünya əhalisinin ömrü 17,8 milyard il artacaq.

Çikaqo Universitetinin Enerji Siyasəti İnstitutunun professoru Maykl Qrinston vurğulayıb ki, havanın çirklənməsinin dünyada orta ömür uzunluğuna təsirinin dörddə üçü Banqladeş, Hindistan, Pakistan, Çin, Nigeriya və İndoneziyadan qaynaqlanır.

Bu altı ölkədə insanların nəfəs aldıqları hava onların həyatından 1-6 ildən çox vaxt “oğurlayır”.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?