“Qarabağ“ Bakıda da “Braqa”ya “qəbir qazacaq“?

21 Fevral 2024 09:20 Araşdırma 1 087
“Qarabağ“ Bakıda da “Braqa”ya “qəbir qazacaq“?

avropa Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ”ın qonağı olacaq “Braqa” Bakıya uğursuz statistika ilə gəlir.

Sportinfo.az xəbər verir ki, Braqa təmsilçisi indiyədək avrokuboklarda iki və ya daha çox top fərqi ilə məğlub olduğu ilk oyunlardan sonra heç vaxt mərhələ adlaya bilməyib.

Artur Jorjenin baş məşqçisi olduğu komanda ümumilikdə 12 dəfə bu halla üzləşib. Bunların beşi “Braqa”nın ilk oyunu evdə keçirdiyi duellərə təsadüf edib.

Onlar bu qarşılaşmaların yalnız birində məğlub olmayıblar. Amma həmin nəticə də komandanı növbəti raunda daşımağa kömək etməyib.

Bu isə o deməkdir ki, Portuqaliya təmsilçisi Bakıda mərhələni adlamaqla həm də uğursuz seriyaya son qoya bilər.

Fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq. İlk matçda Ağdam təmsilçisi 4:2 hesablı qələbə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti