DİN blogerlik edən sabiq futbolçunu axtarışa verdi - FOTO

20 Fevral 2024 10:20 Araşdırma 803
DİN blogerlik edən sabiq futbolçunu axtarışa verdi - FOTO

Sportinfo.az xəbər verir ki, Rusiya Federasiyası Daxili İşlər Nazirliyi (DİN) keçmiş futbolçu və bloger Yevgeni Savini axtarışa verib.

Sentyabrın əvvəlində Savin Kseniya Sobçaka apreldə verdiyi müsahibədə Rusiya və ordu ilə bağlı açıqlamalarına görə cinayət işi açılmışdı.

Əvvəllər Savin RF Silahlı Qüvvələrini gözdən saldığına görə artıq məsuliyyətə cəlb edilmiş və 50 min rubl cərimə ödəmişdi.

Qanun pozuntusunun təkrar törədildiyi təqdirdə cinayət işi başlanır və idmançını 5 ilə qədər həbs cəzası gözləyir.

Savin bunu öz vətəndaş mövqeyi ilə izah edərək Rusiyanı tərk edib. Yevgeni Savin futbolçu karyerası ərzində “ Tom”, “Anji”, “Ximki”, “Amkar”, “Krılya Sovetov”, “Ural” və “Arsenal” klublarında çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti