“Braqa” işini ehtiyatlı tutdu, Bakıda bu məkanı seçdi

19 Fevral 2024 18:00 Araşdırma 8 358
“Braqa” işini ehtiyatlı tutdu, Bakıda bu məkanı seçdi

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsinin ilk matçında 4:2 hesabı ilə məğlub etdiyi “Braqa”nın səfər planına aydınlıq gəlib.

Portuqaliya təmsilçisi yol uzaqlığını nəzərə alaraq Bakıya oyundan iki gün əvvəl təşrif buyuracaq. “

Qırmızı-ağlar” fevralın 20-si axşam saatlarında çarter reysli təyyarə ilə Heydər Əliyev adına Hava Limanına enəcək.

Həmin gün axşam istirahət edəcək komanda üzvləri ertəsi Tofiq Bəhramov adına Respublika Stadionunda oyunöncəsi son məşqə çıxacaq.

“Braqa”nın qalacağı otelin adı da məlumdur.. Qonaqlar Xəzər dənizi mənzərəli “Hilton” otelini seçib.

Komandalar arasında Respublika stadionunda baş tutacaq cavab qarşılaşması fevralın 22-si Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti