"Beşiktaş"ın yetirməsi olan Azərbaycan millisinin sabiq üzvü saxlanıldı - SON DƏQİQƏ

17 Fevral 2024 10:40 Araşdırma 2 341
"Beşiktaş"ın yetirməsi olan Azərbaycan millisinin sabiq üzvü saxlanıldı - SON DƏQİQƏ

"İrəvan"ın yarımmüdafiəçisi Fəhmin Muradbəylinin hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasını xəbər vermişdik.

Birinci Liqa təmsilçisindən redaksiyamıza yeni məlumat daxil olub.

Belə ki, saxlanılan oyunçu yalnız Fəhmin olmayıb.

Onunla bərabər komandanın digər üzvü - müdafiəçi Ege Atlam da saxlanıb.

Türkiyə legioner dindirilməsi üçün hüquq-mühafizə orqanları tərəfindən “Şamaxı” ilə oyundan öncə komandasının baş tutan məşqindən aparılıb.

Futbolçuların danışılmış oyunlarla bağlı sorğu-sual olunmasına dair qeyri-rəsmi informasiyalar var.

Hər iki futbolçunun Birinci Liqanın 14-cü turunun “şirlərlə” səfər görüşündə iştirakçı olmamaları da bununla bağlıdır.

24 yaşlı futbolçu Türkiyə nəhəngi “Beşiktaş”ın yetirməsidir. O, İstanbul təmsilçisinin U-21 komandasına kimi bütün alt yaş qruplarında çıxış edib.

“Beşiktaş”dan ayrıldıqdan sonra mərkəz müdafiəçisi karyerasını ölkəsində “Bayrampaşa” və “Çatalcaspor” kimi aşağı liqa klublarında davam etdirib.

Ege 2022-ci ildən Azərbaycana pənah gətirib.

Arxa xətt oyunçusu 2022/23 mövsümündə “Araz Naxçıcan”ın, ötən ilin yayından isə “İrəvan”ın şərəfin qoruyur.

O, Azərbaycanın U-17 və U-21 milli komandalarında da forma geyinib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti