“Braqa”nın adamın “ürəyini ağzına gətirən” QORXULU SİMASI VAR

15 Fevral 2024 20:40 Araşdırma 792
“Braqa”nın adamın “ürəyini ağzına gətirən” QORXULU SİMASI VAR

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə münasibətlərinə aydınlıq gətirəcək.

İlk oyunun səfərdə keçirilməsi üstünlükdür, ya yox – demək çətindir.

İş burasındadır ki, Portuqaliya təmsilçisi “Munisipal”da keçirdiyi qarşılaşmalarda kifayət qədər inamlı təsir bağışlayır.

“Qarabağ” kimi Avropa ortababları ilə duellərdə qələbələrə sevinir, “böyük beşliy”dən olanlara qarşı layiqli mübarizə aparır.

Bu mənada “köhlən atlar”ın işinin çətin olacağını təxmin etmək çətin deyil.

Uzağa getməyə gərək yoxdur, “Braqa”nın 2022-ci ildən bu yana, yəni son 2 ildə avrokuboklardakı “ev” göstəricilərinə nəzər saldıq.

Braqa – Şerif (Moldova) 2:0

Braqa – Monako (Fransa) 2:0

Braqa – Reyncers (Şotlandiya) 1:0

Braqa – Union Berlin (Almaniya) 1:0

Braqa – Union Sent-Jilluaz (Belçika) 1:2

Braqa – Malmö (İsveç) 2:1

Braqa – TSC (Serbiya) 3:0

Braqa – Panatinaikos (Yunanıstan) 2:1

Braqa – Napoli (İtaliya) 1:2

Braqa – Real Madrid (İspaniya) 1:2

Braqa – Union Berlin (Almaniya) 1:1

Statistikadan da göründüyü kimi, avrokuboklarda son 11 ev oyununda 7 qələbə, 1 heç-heçə və cəmi 3 məğlubiyyət.

Məğlub olduqları 3 komandadan 2-si “Real Madrid”lə “Napoli”dir. Hər iki halda minimal hesabla – 1:2. “Braqa” doğma azarkeşləri önündə keçirdiyi 11 matçın hamısında rəqib qapılarına yol tapb.

İnanaq və ümid edək ki, “Qarabağ” təcrübəsi və iradəsi hesabına vətənə sərfəli nəticə ilə qayıtmağı bacaracaq.

“Munisipal” stadionunda keçiriləcək “Braqa” – “Qarabağ” qarşılaşması fevralın 15-dən 16-na keçən gecə saat 00.00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?