Almeyda "Qarabağ"ı ziyana saldı, "Neftçi" cərimələndi, digərləri isə...

14 Fevral 2024 00:50 Araşdırma 943
Almeyda "Qarabağ"ı ziyana saldı, "Neftçi" cərimələndi, digərləri isə...

AFFA İntizam Komitəsi "Qarabağ"ın futbolçusu Riçard Almeydanı 1-i şərti olmaqla 2 oyunluq cəzalandırıb.

Sportinfoaz xəbər verir ki, buna təcrübəli yarımmüdafiəçinin "Sabah"a 3:4 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab matçında ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alması səbəb olub.

"Köhlən atlar" buna görə 1500 manat cərimələnib.

"Neftçi" "Sumqayıt"la heç-heçə etdiyi cavab oyununa görə 2200 manat ziyana düşüb.

"Ağ-qaralar" azarkeşlərin pirotexniki vasitədən istifadə etməsinə görə 1500, 6 oyunçusunun sarı vərəqə alması ucbatından isə 700 manat ödəyəcək.

"Gənclik şəhəri" təmsilçisi də 4 futbolçusu rəsmi xəbərdarlıq aldığı üçün 700 manat cərimələnib.

Eyni cərimə "Araz-Naxçıvan"a da tətbiq edilib. Naxçıvan təmsilçisinin 4 üzvü "Qəbələ" ilə görüşdə sarı vərəqə görüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti