İşğaldan azad olunanXocalıda kütləvi məzarlıq aşkarlandı - VİDEO+FOTOLAR

9 Fevral 2024 08:10 Araşdırma 1 041
İşğaldan azad olunanXocalıda kütləvi məzarlıq aşkarlandı - VİDEO+FOTOLAR

İşğaldan azad olunan Xocalı rayonunda kütləvi məzarlıq aşkar edilib.

Əsgəran qalasının yaxınlığında aşkarlanan məzarlıqda azı 8 insan qalığı var.

Qalıqların Xocalı faciəsi zamanı qətlə yetirilən sakinlərə məxsus olması ehtimal edilir.

Hazırda müvafiq qurumların nümayəndələri jurnalistlərin iştirakı ilə kütləvi məzarlığa baxış keçirirlər.

Daha əvvəl Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs Raşid Beqlaryan ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı Xocalı soyqırımında qətlə yetirilən azərbaycanlıların Əsgəran qalası ətrafında kütləvi basdırıldığı həmin ərazini göstərmişdi.


Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?