Xankəndidə qalan ermənilər bu şəxslərin villalarında yaşayırlar - VİDEO

7 Fevral 2024 20:30 Araşdırma 884
Xankəndidə qalan ermənilər bu şəxslərin villalarında yaşayırlar - VİDEO

Xankəndidə qalan ermənilərin harada və necə yaşadıqları barədə məlumat yayılıb.

Ermənistan mətbuatının iddiasına görə, Xankəndidə ona yaxın erməni qalıb.

Bildirilir ki, Davit Qalstyanın əmisi Sarkis Qalstyan və həyat yoldaşı da Xankəndidə qalanlar arasındadır.

Onlar, bu ailə yaxın münasibətdə olan separatçıların sabiq lideri Bako Saakyanın evində yaşayır.

Digər ermənilər isə Rusiya sülhməramlıları tərəfindən iş adamı Tsexavik Edonun nəhəng villasına yerləşdirilib.

Sonuncu Samvel Babayanın yaxın dostlarından biridir, onun Xankəndidə yanacaqdoldurma məntəqələri var idi. Bir yerdə cəmlənməyin məqsədi odur ki, onların yemək və digər məsələləri ilə məşğul olmaq daha asandır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti