MƏHKƏMƏ İŞİ: Tanınmış futbolçuya 9 il həbs istənildi – Zorlama ittihamı

7 Fevral 2024 18:40 Araşdırma 583
MƏHKƏMƏ İŞİ: Tanınmış futbolçuya 9 il həbs istənildi – Zorlama ittihamı

“Barselona”nın və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş məhkəmə qarşısına çıxarılıb.

Sportinfo.az xəbər verir ki, zorlamada günahlandırılan keçmiş oyunçuya prokurorluq 9 il həbs cəzası və 150 min avro məbləğində təzminat tələb edib.

Dani Alveş bir neçə dəfə verdiyi ifadələri dəyişdiyinə görə onun üzərində şübhələr artıb. Lakin ulduz oyunçu özü zorladığı deyilən qızla münasibətinin hər iki tərəfin razılığı əsasında baş verdiyini bildirib.

Müdafiəçinin taleyi ilə bağlı yekun qərarın sabah verilməsi gözlənilir.

Dani Alveş ötən il yanvarın 20-də gecə klubunda bir qadına təcavüz etməkdə ittiham olunaraq saxlanılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti